“Barselona” və Almaniya millisinin yarımmüdafiəçisi İlkay Gündoğan futbolçu karyerasını bitirdikdən sonra hansı fəaliyyətlə məşğul olmağı planlaşdırdığını açıqlayıb.
Sportal.az xəbər verir ki, “Barça Universal”a danışan almaniyalı futbolçu Xabi Alonsonun “Bayer”dəki işinə toxunub:
“Futbolçu karyeramı bitirdikən sonra məşqçi olmağı planlaşdırıram. Futbolçularını çox yaxşı hiss edən, eyni zamanda futbol zəkasına malik məşqçi olmaq istəyirəm. Mən Xabi Alonsonun “Bayer”dəki yolu ilə getmək istəyərdim".
Xatırladaq ki, başa çatan mövsümün sonunda Xabi Alonsonun rəhbərlik etdiyi kollektiv Almaniya Bundesliqasını və Almaniya kubokunu qazanıb. 33 yaşlı Gündoğanın Kataloniya klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.
saytlarin hazirlanmasi