"Bavariya" bu yay "Bayer"in müdafiəçisi Conatan Tahı heyətinə qatmaq istəyir.
Sportal.az "Kicker"ə istinadən xəbər verir ki, Leverkuzen təmsilçisinin də müdafiəçisi üçün istədiyi məbləğ bəlli olub.
Almaniya çempionu 28 yaşlı futbolçusu üçün 40 milyon avro tələb edir.
Tahın "Bayer"lə müqavilə müddəti 2025-cı il iyunun 30-da başa çatacaq.
Almaniyalı futbolçu Bundesliqada ötən mövsüm 4 qol və 1 məhsuldar ötürmə ilə oynayıb.
saytlarin hazirlanmasi