"Heç vaxt Avropa çempionu olmamışıq, insanlar asan ola biləcəyini düşünür"

13:18 - 14 İyun 2024

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt 2024-cü il Avropa çempionatının başlaması ilə bağlı gözləntilərini bölüşüb.

Sportal.az xəbər verir ki, UEFA-ya danışan ingilis mütəxəssis bunları bildirib:

"İngiltərə millisinin indiyə qədər etmədiyi bir şeyi etməyə çalışacağımız üçün həyəcanlıyam. Biz heç vaxt Avropa çempionu olmamışıq. Heç vaxt evdən kənar turnirlərdə qalib gəlməmişik. Bir çox insanlar bunun bizim üçün asan ola biləcəyini düşünür. Lakin əvvəllər heç vaxt qalib gəlməməyimiz bunun çox çətin olacağını vurğulayır".

Qeyd edək ki, İngiltərə millisi Sloveniya, Danimarka və Serbiya ilə birlikdə C qrupunda mübarizə aparacaq.

Xəbər xətti