Almaniyanın "Bavariya" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki. Münhen təmsilçisi Aleksandar Pavloviçin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı dayaq yarımmüdafiəçisi 2029-cu ilin yayına kimi münhenlilərə məxsus olacaq.
Qeyd edək ki, Aleksandar Pavloviç 2020-ci ilin yayından "Bavariya"nın akademiyasında çıxış edir. Almaniya millisinin üzvü ötən mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi