"Fənərbaxça"nın müdafiəçisi "Borussiya" yolunda

21:38 - 18 İyun 2024

"Fənərbaxça"nın futbolçusu Ferdi Kadıoğlu karyerasını Almaniya Bundesliqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Borussiya" türk müdafiəçini transfer etmək istəyir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Dortmund təmsilçisinin baş məşqçisi Nuri Şahin 24 yaşlı futbolçunu komandasında görmək istəyir.

Qeyd edək ki, Ferdi Kadıoğlu son mövsümdə "Fənərbaxça"nın heyətində meydana çıxdığı 51 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti