Almaniyanın "Leypziq" klubu baş məşqçi Marko Roze ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi 47 yaşlı mütəxəssisin müqaviləsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Alman məşqçi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Marko Roze 2022-ci ilin sentyabr ayından "Leypziq"ə rəhbərlik edir.
saytlarin hazirlanmasi