Millimizin FİFA reytinqindəki mövqeyi açıqlandı

12:17 - 20 İyun 2024

FİFA ilk dəfə futzal üzrə milli komandaların reytinq cədvəlini açıqlayıb.

Sportal.az xəbər verir ki, aktivində 1139.38 xal olan Azərbaycan millisi 29-cü pillədə qərarlaşıb.

Siyahıya isə 5 qat dünya çempionu Braziliya yığması başçılıq edir.

Mundialın son qalibi Portuqaliya 2-ci, İspaniya isə 3-cü yerdədir. AÇ-2026-nın qrup mərhələsindəki rəqiblərimizdən Xorvatiya 16-cı, İsveç 83-cü, Yunanıstan isə 109-cu sıradadır.

Xəbər xətti