"Bavariya" türk futbolçunu transfer etmək istəyir

11:39 - 22 İyun 2024

"İnter"də uğurlu mövsüm keçirən Hakan Çalhanoğlu karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Bavariya" türk yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Bild" nəşri məlumat yayıb.

Münhen təmsilçisinin baş məşqçisi Vinsent Kompani 28 yaşlı orta xətt oyunçusunu komandasında görmək istəyir.

Qeyd edək ki, Hakan Çalhanoğlu 2021-ci ilin yayından "İnter"də çıxış edir. Türkiyə millisinin üzvü ötən mövsüm milanlıların heyətində meydana çıxdığı 41 rəsmi matçda 15 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin iyun ayına kimidir.

Xəbər xətti