"Bavariya" Niderland millisinin və PSJ-nin yarımmüdafiəçisi Xavi Simonsu heyətinə qatmağı planlaşdırır.
Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, 21 yaşlı futbolçu özü də Münhen klubuna keçməyə razıdır.
Hazırda icarə əsasında "Leyptsiq"də çıxış edən Xavi bu ayın sonunda PSJ-yə qayıtmalı olacaq.
O, 2027-ci il iyunun 30-na qədər Paris klubuna məxsusdur.
"Bavariya" Simonsun keçidini həll etmək üçün indidən Fransa nəhəngi ilə danışıqlar aparır.
saytlarin hazirlanmasi