"Real" Madridin və Almaniya millisinin sabiq futbolçusu Toni Kroos vətənindəki təhlükəsizlik mühiti barədə danışıb. Sportal.az xəbər verir ki, məşhur futbolçu bu mövzuda narahatçılığını dilə gətirib:
"Mən əvvəlkitək Almaniyanı nəhəng ölkə sayıram. Bizə orada olmaq xoşdur. Lakin Almaniya 10 il əvvəlki ölkə deyil. Təhlükəsizlik hissi itib. Dəyişən də budur.
Əgər məndən qızımı saat 23:00-da İspaniyada, yoxsa Almaniyanın hər hansı şəhərində küçəyə buraxarammı soruşsalar, deyərəm ki, İspaniyada".
saytlarin hazirlanmasi