Ulduz futbolçu karyerasını başa vurdu

21:18 - 8 İyul 2024

"Liverpul"la müqaviləsi başa çatan Tiaqo Alkantara gələcəyi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, ispan yarımmüdafiəçi karyerasını başa vurub. Bu barədə futbolçu özü sosial şəbəkə hesabında paylaşım edib.

33 yaşlı orta xətt oyunçusu hər kəsə təşəkkür edib.

Qeyd edək ki, Tiaqo Alkantara "Barselona"nın yetirməsidir. Ulduz futbolçu Kataloniya təmsilçisi ilə yanaşı, "Bavariya" və "Liverpul"da çıxış edib. O, karyerası ərzində 19 kubok qazanıb. Alkantara İspaniya millisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 2 qol vurub.


Xəbər xətti