"Borussiya" "Çelsi"dən 30 milyon avro istəyir

11:17 - 11 İyul 2024

"Çelsi" "Borussiya"nın futbolçusu Kerim Adeyemini heyətinə qatmağı planlaşdırır.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, Enzo Mareska rəhbərlikdən Adeyeminin transfer edilməsini istəyib.

Hazırda klublar arasında danışıqlar davam etdirilir.

Dortmund klubu "Çelsi"dən 30 milyon avro tələb edir.

22 yaşlı futbolçu İngiltərə Premyer Liqasına keçmək niyyətindədir.

Adeyemi 2023/2024 mövsümündə Bundesliqada 3 qol vurub, 1 asist edib. Onun Almaniya klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti