AVRO-2024-ün finalının hakimləri bəlli olub.
Sportal.az xəbər verir ki, İspaniya - İngiltərə matçını Fransua Letesyenin rəhbərlik etdiyi Fransa hakimlər briqadası çalışacaq.
Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Letesye ilə birlikdə Siril Munye və Mehdi Rəhmuni işləyəcək.
Ehtiyat hakim Pole Şimon Marçiniak, köməkçisi isə Tomaş Listkieviçdir.
VAR hakimi fransalı Jerom Brisarddır, ona həmyerlisi Villi Delaja və italiyalı Massimiliano İrrati kömək edəcək.
Qeyd edək ki, matç iyulun 14-də keçiriləcək və Bakı vaxtı ilə 23:00-da start götürəcək.
saytlarin hazirlanmasi