"Qalatasaray"ın futbolçusu Hakim Ziyeş komandadan ayrılacaq.
Sportal.az xəbər verir ki, mərakeşli vinger karyerasını Qətərdə davam etdirə bilər. Bu barədə "Mercato" nəşri məlumat yayıb.
31 yaşlı ön xətt oyunçusu "Əl-Ərəbi" klubu ilı danışıqlar aparır. Tərəflər arasında qısa müddətdə razılıq əldə olunacağı gözlənilir.
Qeyd edək ki, "Qalatasaray" Hakim Ziyeşi ötən ilin yayında "Çelsi"dən transfer edib. Mərakeş millisinin üzvü "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 27 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi