İspaniya millisində ciddi itki

17:48 - 8 Sentyabr 2024

İspaniya millisinin yarımmüdafiəçisi Daniel Olmo Millətlər Liqasında İsveçrə ilə matçda oynamayacaq.

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, futbolçu Serbiya ilə oyunda zədələnib. 

Tibbi müayinənin nəticələrinə əsasən məlum olub ki, futbolçunun ayağında ciddi zədə yoxdur, sadəcə əzilmə var.

Amma İspaniya millisinin məşqçilər korpusu ehtiyatını saxlayaraq, Olmoya növbəti matç üçün istirahət verib. 
 

Xəbər xətti