"Milan"da ciddi itki: 3 ay oynamayacaq

16:59 - 9 Sentyabr 2024

İtaliyanın "Milan" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisinin yarımmüdafiəçisi İsmail Bennaser sıradan çıxıb.

Futbolçu Əlcəzair milli komandasının düşərgəsində zədə alıb. 26 yaşlı ərta xətt oyunçusu 3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Milan" ismail Bennaseri 2019-cu ilin yayında "Empoli"dən transfer edib. O, cari mövsümdə komandanın heyətində 1 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti