"Qalatasaray" məşhur futbolçuya təklif göndərdi

19:30 - 9 Sentyabr 2024

"Sevilya"dan ayrılan Serxio Ramos karyerasını Türkiyədə davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Qalatasaray" ispan müdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə "En Nacional" nəşri məlumat yayıb.

"Sarı-qırmızılar" hazırda azad agent statusunda olan 38 yaşlı mərkəz müdafiəçisinə rəsmi təklif göndərib. Ulduz futbolçu ilə Səudiyyə Ərəbistanı klubları da maraqlanır.

Qeyd edək ki, Serxio Ramos ötən mövsüm "Sevilya" forması ilə meydana çıxdığı 37 rəsmi matçda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti