"Şahdağ Qusar"dan ardıcıl 2-ci qələbə - VİDEO

20:20 - 9 Sentyabr 2024

Futbol üzrə Azərbaycan II Liqasında II turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün "Kür-Araz" öz meydanında "Şahdağ Qusar"ı qəbul edib. Qarşılaşma şimal bölgəsi təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Şahdağ Qusar" 2 turdan sonra maksimum nəticə göstərib. "Kür-Araz"ın aktivində isə 1 xal var.

"Kür-Araz" - "Şahdağ Qusar" 1:2
Qollar: 
Fəzail Şirxanzadə, 2 - Tural Qurbatov, 17, 43

Xəbər xətti