"Arsenal"da şok itki: Kapitan millidə zədələndi

14:30 - 10 Sentyabr 2024

"Arsenal"ın kapitanı Martin Ödeqard zədələnib.

Sportal.az xəbər verir ki, 25 yaşlı yarımmüdaqfiəçi Norveç milli komandasının UEFA Millətlər Liqasında Avstriya seçməsi ilə keçirdiyi oyunda (2:1) ağır zədə alıb.

Topuğundan xəsarət alan Ödeqard meydanı axsayaraq tərk edib. Futbolçunun son durumu Londonda keçiriləcək tibbi müayinədən sonra məlum olacaq. İlkin ehtimallara görə, zədə ciddidir.

Qeyd edək ki, Martin Ödeqard 2021-ci ilin yanvar ayından "Arsenal"da çıxış edir. O, cari mövsümdə "topçular"ın heyətində 3 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti