"Qəbələ" I Liqada ilk oyuna çıxır

14:16 - 13 Sentyabr 2024

Futbol üzrə Azərbaycan I Liqasında mövsümün ilk turuna yekun vurulur.

Sportal.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutacaq.

Premyer Liqadan I Liqaya düşən "Qəbələ" ilk matçına doğma meydanda çıxacaq. Qəbələ şəhər stadionunda baş tutacaq görüş saat 17:00-da başlayacaq və "CBC Sport" kanalı ilə canlı yayımlanacaq.

Günün digər oyunu da eyni saatda başlayacaq. MOİK Lökbatan OİK stadionunda "Mingəçevir"lə üz-üzə gələcək.

Xəbər xətti