Portuqaliya - Azərbaycan matçına biletlər satışa çıxarıldı - 4 manat

15:09 - 15 Sentyabr 2024

AVRO-2025-in seçmə mərhələsinin 1-ci mərhələsinin Portuqaliya və Azərbaycan qadın milli komandaları arasında Vizele şəhərində keçiriləcək cavab oyununun biletləri artıq satışa çıxarılıb. 

Sportal.az xəbər verir ki, biletlərin qiyməti sektordan asılı olaraq 2 və 5 avrodur (təxminən 4 və 9 manat).

Qarşılaşma oktyabrın 29-da “Estádio do Visela” stadionunda keçiriləcək.

Oyuna Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
 

Xəbər xətti