"Trabzonspor" - "Beşiktaş" matçında qarşılıqlı qollar - VİDEO

09:16 - 16 Sentyabr 2024

Türkiyə Super Liqasında 5-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, turun mərkəzi matçında "Trabzonspor" doğma meydanda "Beşiktaş"ı qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Xallarını 10-a yüksəldən "Beşiktaş" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 3 xalı olan "Trabzonspor" isə 13-cü yerdədir.

"Trabzonspor" - "Beşiktaş" 1:1
Qollar:
Okay Yokuşlu, 17 - Fedson Fernandeş, 39

 

Xəbər xətti