"Əl-Nəsr" baş məşqçisi ilə yollarını ayırdı

11:34 - 18 Sentyabr 2024

"Əl-Nəsr" baş məşqçisi Luis Kastro ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub rəhbərliyi komandanın çıxışından narazı olduğu üçün portuqaliyalını istefaya göndərib.

"Əl-Nəsr" hazırda Səudiyyə Ərəbistanı çempionatında 7-ci pillədə qərarlaşıb.

Komandaya Stefano Piolinin rəhbərlik edəcəyi gözlənilir.

Xəbər xətti