Millimizin İngiltərə və İspaniya ilə oyunlarının vaxtı açıqlandı

11:33 - 25 Sentyabr 2024

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

Sportal.az xəbər verir ki, A qrupunda yer alan millimiz oktyabrın 4-dən 15-dək İspaniyanın Kadiz şəhərində İspaniya, İngiltərə və Gürcüstan yığmaları ilə qarşılaşacaq.

Millimizin oyunlarının təqvimini diqqətinizə çatdırırıq:

4 oktyabr
14:45. Azərbaycan - İngiltərə

5 oktyabr
14:45. Azərbaycan – Gürcüstan

7 oktyabr
20:00. İspaniya - Azərbaycan

Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Qeyd edək ki, komandamız sentyabrın 25-dən oktyabrın 3-dək Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışı keçəcək.

Xəbər xətti