"Araz-Naxçııvan" - "Səbail" görüşünün məkanı dəyişdirildi

19:22 - 25 Sentyabr 2024

“Liv Bona Dea Arena”  stadionunun qazonunda  aparılan renovasiya işləri ilə əlaqədar olaraq  “Araz-Naxçıvan”  klubunun rəsmi müraciəti, Peşəkar Futbol Liqasının təftişi  və Əsasnamənin müvafiq bəndi ilə Misli Premyer Liqasının 8-ci turunun “Araz-Naxçıvan” – “Səbail” görüşünün Sumqayıt  şəhərində yerləşən “Kapital Bank Arena” stadionunda oynanılmasına qərar verilib.

Sportal.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

Görüş əvvəlcədən nəzərdə tutulduğu kimi 27 sentyabr saat 19:00-da başlanacaq.

Xəbər xətti