Rusiya mətbuatının "Qarabağ"dan gözləntisi: "Londonda darıxdırıcı olmayacaq"

11:17 - 26 Sentyabr 2024

Rusiya mətbuatı Avropa Liqasının əsas mərhələsinin 1-ci turunun “Tottenhem” – “Qarabağ” matçından yazıb.

Sportal.az xəbər verir ki, "Sport Ekspress" nəşri Londonda baş tutacaq görüşün darıxdırıcı keçməyəcəyini qeyd edib:

"Rəqiblərin üslubunda hücum futbolu var. "Tottenhem" Premyer Liqanın başlanğıcında ən effektiv beş klubdan biridir. "Atlılar" isə Azərbaycan çempionatında ən çox qol vuran komandalardandır. Ötən Avropa Liqasının pley-off mərhələsində Qurban Qurbanovun komandası "Braqa" (4:2, 2:3) və "Bayer"lə (2:2, 2:3) mübarizələrdə effektivliyi ilə yadda qalıb. Beləliklə, Londondakı döyüş mütləq darıxdırıcı olmayacaq".

Qeyd edək ki, bu gün keçiriləcək görüşə Bakı vaxtı ilə 23:00-da start veriləcək.

Xəbər xətti