"Qarabağ"ın rəqibindən səfər qələbəsi

20:43 - 29 Sentyabr 2024

Futbol üzrə Niderland çempionatında 7-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Avropa Liqasında "Qarabağ"ın rəqibi olan "Ayaks" səfərdə"Valveyk"lə üz-üzə gəlib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

5 oyun keçirən"Ayaks" 10 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" "Ayaks"la oktyabrın 24-də qarşılaşacaq. Matç Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Xəbər xətti