"Yuventus"da şok itki: Braziliyalı üçün mövsüm başa çatdı

18:10 - 3 Oktyabr 2024

İtaliyanın "Yuventus" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Turin təmsilçisinin müdafiəçisi Qleyson Bremer sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bremer Çempionlar Liqası Liqa fazasının 2-ci turunun "Leypziq"lə matçında ağır zədə alıb. 27 yaşlı mərkəz müdafiəçisinin sol dizində ön çarpaz bağ zədəsi aşkarlanıb.

Təcrübəli futbolçu qarşıdakı günlərdə əməliyyat olunacaq. O, zədə səbəbindən mövsümün qalan hissəsində oynaya bilməyəcək.

Qeyd edək ki, "Yuventus" Qleyson Bremeri 2022-ci ilin yayında "Torino"dan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində 8 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti