"Dinamo"nun azərbaycanlı forvardı "Nyukasl"a keçən dostu haqda: "Mənim də hədəfim Avropada oynamaqdır"

14:18 - 6 Noyabr 2024

Ötən həftə "Nyukasl" “Dinamo”nun(Tbilisi) hücumçusu Vaxtanq Saliyanı transfer etdi. Sportal.az xəbər verir ki, 17 yaşlı forvard 2025-ci ilin avqustunda, 18 yaşı tamam olanda İngiltərə klubuna qoşulacaq. 

Vaxtanq yaya qədər Gürcüstan klubunda qalacaq. “Dinamo”nun əvəzedici heyətinin aparıcı üzvü, əsas komandanın məşqlərinə çıxan azərbaycanlı hücumçu Yusuf Mehtiyev Saliya haqda danışıb. Saytımıza açıqlama verən Yusuf “Nyukasl”a keçən komanda yoldaşı haqda bunları deyib:

"Vaxtanqı yaxından tanıyıram, yaxşı oğlandır. Keçən il onunla U-19 komandasında birlikdə oynamışıq, millidə də bərabər olmuşuq. Çox perspektivli və inkişaf etmiş oyunçudur. "Nyukasl"a keçidinə görə çox sevindim. Allah qoysa, oradanda daha irəli gedə bilər. Onun özünü də təbrik etdim. Təbii ki, buradan Avropaya, güclü klublara keçid mümkündür. Əlbəttə, mənim hədəfim Avropada böyük klublarda oynamaqdır. Bunun üçün hər şey edəcəm".

Mirbağırağa

Xəbər xətti