Rusiyalı futbol eksperti Valeri Nepomnyaşşnıy Vasili Berezutskinin "Sabah"a baş məşqçi təyin olunmasını şərh edib.
Sportal.az xəbər verir ki, “Чемпионат” portalına danışan təcrübəli mütəxəssis Berezutsinkinin təyinatı haqda müsbət fikirlər səsləndirib:
"Allah qoysa, Vasili Berezutskinin “Sabah”da işləri uğurlu alınsın. Çünki Azərbaycanda hər şey sadə deyil. Ancaq orada rus dili üstünlük təşkil edir ki, bu da onun üçün daha asan olacaq. Komandanı o qədər də yaxşı bilmirəm. Amma Berezutskinin yaxşı biliyi və böyük təcrübəsi olduğu üçün işi yaxşı gətirməlidir. O, çoxdan baş məşqçi kimi çalışmalı idi. Yəqin ki, Berezutski "Sabah"dan sonra Rusiya Premyer Liqasında top-kluba rəhbərlik edə biləcək".
81 yaşlı məşqçi Kamerun və Özbəkistan millisi və “Gənclərbirliyi”, “Ankaragücü”, “Puçxon”(Cənubi Koreya), “Paxtakor”(Özbəkistan), Tom, “Baltika”, “Sanfreççe Xirosima”(Yaponiya) klublarını çalışdırıb.
saytlarin hazirlanmasi