"Sportinq" və İsveç milli komandasının hücumçusu Viktor Qyökereş böyük ehtimalla İngiltərəyə geri qayıdacaq.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "Mançester Yunayted"in yeni baş məşqçisi Ruben Amorim isveçli hücumçunun transfer edilməsinin vacib olduğunu rəhbərliyə çatdırıb.
Artıq "qırmızı şeytanlar" Qyökereş üçün "Sportinq"ə rəsmi təklif göndərib.
Qyökereşin “Sportinq”lə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
O, bu mövsüm 11 oyun keçirib, 16 qol vurub və 1 asist edib.
saytlarin hazirlanmasi