"Bavariya"nın sabiq futbolçusu Ditmar Hamnn komandanın hücumçusu Harri Keyni tənqid edib.
Sportal.az xəbər verir ki, veteran yarımmüdafiəçi ingilis forvard haqqında danışarkən onun vacib matçlarda qol vura bilmədiyini bildirib:
"Bavariya"nın Çempionlar Liqasında PSJ ilə oyununu stadionda izlədim. Harri Keynin çox pis olduğunu deməyə məcburam. Onun qapıya zərbə vurduğunu xatırlamıram. Keyndən "Darmştadt" və ya "Auqsburq"la matçlarda het-trik etməsi gözlənilmir. Ondan "Bayer", "Aston Villa"ya qarşı və ya Çempionlar Liqasının 1/4 finalında qol vurması gözlənilir. Hələ ki bunu etməyib. Ona görə də Keynin ulduz futbolçu adlandırılmasına sübhə ilə yanaşıram".
Qeyd edək ki, "Bavariya" Harri keyni ötən ilin yayında "Tottenhem"dən transfer edib. 31 yaşlı hücumçu Münhen təmsilçisinin heyətində keçirdiyi 63 rəsmi matçda 64 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi