Millinin baş məşqçisi Azərbaycanla oyun haqda: "25 dəqiqəyə bütün suallara aydınlıq gətirə bilərdik"

15:47 - 1 Dekabr 2024

Rusiyanın qadınlardan ibarət milli komandasının baş məşqçisi Yuri Krasnojan Soçidə Azərbaycan yığması üzərində qazanılan qələbəni (1:0) şərh edib.

Sportal.az xəbər verir ki, Rusiya Futbol Federasiyasına danışan təcrübəli mütəxəssis millimizlə görüş haqda bunu deyib:

"İlk dəqiqələrdə 3-4 epizoddan istifadə etsəydik, elə 25 dəqiqəyə bütün suallara aydınlıq gətirə bilərdik. Ancaq sonra müəyyən bir rahatlıq yarandı. Ümumiyyətlə, bu, heyət yenicə hazırlaşarkən baş verir. Qızların diqqətini hissənin sonlarında topla daha yavaş davranmağa başladılar. Ümumiyyətlə, ikinci hissə bərabər səviyyəli oyun oldu".

Qeyd edək ki, Rusiya və Azərbaycan yığmaları arasında ikinci oyun dekabrın 2-də baş tutacaq.

Xəbər xətti