“Bornmut”un və Niderland millisinin üzvü Castin Kluivert Premyer Liqada ilkə imza atıb.
Sportal.az xəbər verir ki, vinger İngiltərə yüksək liqasında penaltidən het-trik edən ilk oyunçu ünvanına sahib çıxıb.
O, 3-cü,18-ci və 74-cü dəqiqələrdə penaltiləri dəqiq yerinə yetirib. Görüş isə “Bornmut”un 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu mövsüm Castin Kluivert klub üçün bütün turnirlərdə 14 oyun keçirib, 5 qol vurub və bir məhsuldar ötürmə edib.
25 yaşlı futbolçunun "Bornmut"la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi