"Sabah"ın futbolçusu “Turan Tovuz”un maraq dairəsindədir.
Sportal.az saytına verilən məlumata görə, Tovuz təmsilçisi “Sabah”ın müdafiəçisi Sofian Çakla ilə yaxından maraqlanır.
Belə ki, Qərb təmsilçisi mərakeşli oyunçunu heyətinə qatmaq istəyir. Məlumata görə, artıq tərəflər arasında danışıqlara da start verilib.
"Sabah"da çox da şans tapmayan 31 yaşlı futbolçunun "Turan Tovuz"un təklifinə razılıq verib-verməyəcəyi hələ ki, konkretləşməyib.
Çaklanın Masazır təmsilçisi ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində "Videoton”(Macarıstan), “La Roda”, “El Exido”, “Melilla”, “Vilyarreal”, “Xetafe”, “Ponferradina” (hamısı İspaniya), “Leven(Belçika) komandalarında oynadıqdan sonra 2023-cü il iyulun 1-də “Sabah”a keçib.
saytlarin hazirlanmasi