"Real"da ciddi itki: 3 həftə oynamayacaq

14:59 - 9 Dekabr 2024

İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Ferland Mendi sıradan çıxıb.

Fransalı futbolçu La Liqanın 17-ci turunun "Jirona" ilə matçında (3:0) sağ ayaq əzələsindən zədələnib. 29 yaşlı sol cinah müdafiəçisi 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Real" Ferland Mendini 2019-cu ilin yayında "Lion"dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində 17 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti