"Qalatasaray"ın futbolçusu Kerem Demirbay karyerasını Yunanıstan Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Olimpiakos" türk yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə yunan mətbuatı məlumat yayıb.
Pirey klubu Kerem üçün yanvar ayında "Qalatasaray"a təklif göndərəcək. 31 yaşlı orta xətt oyunçusu az oynadığı üçün özü də ayrılığıa isti yanaşır.
"Qalatasaray" Kerem Demirbayı ötən ilin yayında "Bayer"dən transfer edib. Almaniya millisinin sabiq üzvü bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 19 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.
Qeyd edək ki, "Olimpiakos" Avropa Liqasında "Qarabağ"ın rəqibidir. Azərbaycan çempionu Yuanıstan klubu ilə gələn ilin yanvarın 30-da səfərdə qarşılaşacaq.
saytlarin hazirlanmasi