Almaniya klubu "Beşiktaş"ın legionerini istəyir

18:23 - 24 Dekabr 2024

"Beşiktaş"ın futbolçusu Ernest Muçi Türkiyəni tərk etməyə hazırlaşır.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, albaniyalı futbolçunu Almaniya birinci Bundesliqasında yarışan “Ştuttqart” istəyir.

23 yaşlı futbolçunun özünün də Almaniyaya yollanmaq istəyində olduğu bildirilir. “Ştuttqart” Muçi üçün danışıqlara başlayıb.

Ən pis halda isə almanlar onu qışda icarəyə götürməyə çalışacaq.  Ernestin “Beşiktaş”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, Türkiyə klubuna “Legiya”dan 10 milyon avroya keçib. Bundan əvvəl isə alban “Tirana” klubunda oynayıb.
 

Xəbər xətti