İstanbul klubu Türkiyə millisinin üzvünü transfer etdi - RƏSMİ

18:53 - 25 Dekabr 2024

Türkiyənin "Başakşehir" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Adana Demirspor"dan Yusuf Sarını transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Başakşehir" 26 yaşlı vingerlə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Yusuf Sarı 2022-ci ilin yayından "Adana Demirspor"da çıxış edirdi. Türkiyə millisinin üzvü bu mövsüm "mavi şimşəklər"in heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti