“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudovun noyabrın ortalarında aldığı zədədən sonra nə vaxt meydanlara qayıdacağı bəlli olub.
Sportal.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi artıq zədəsini tam sağaldıb.
Hazırda fərdi məşqləri yerinə yetirən Mahmudov yanvarın əvvəlində kollektivlə birlikdə hazırlıqlara başlayacaq.