"Barselona" "Arsenal"ın futbolçusunu transfer etmək istəyir

17:59 - 30 Dekabr 2024

"Arsenal"ın yarımmüdafiəçisi Tomas Parti ispaniya La Liqasına qayıda bilər.

Sportal.az xəbər verir ki, "Barselona" qanalı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Partinin "Arsenal"la müqaviləsi gələn ilin yayında başa çatır. "Barselona" bu vəziyyətdən yararlanmaq və azad agent statusunda olacaq 31 yaşlı dayaq yarımmüdafiəçisi ilə müqavilə imzalamaq niyyətindədir.

Qeyd edək ki, "Arsenal" Tomas partini 2020-ci ili oktyabr ayında "Atletiko"dan transfer edib. Qana millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti