"Trabzonspor"dan ayrılan Enis Bardi İspaniyaya yollanıb.
Sportal.az xəbər verir ki, o, "Valyadolid"lə anlaşıb.
Bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı yarımmüdafiəçi artıq yeni komandasına qoşulub. O, 2026-cı il iyunun 30-na qədər İspaniya klubuna məxsus olacaq.
"Valyadolid” İspaniya Primerosunda 15 xalla turnir cədvəlinin 19-cu sırasında qərarlaşıb.
Şimali Makedoniya millisinin üzvü "Uypeşt", "Levante" klublarında da çıxış etmişdi.
saytlarin hazirlanmasi