UEFA Avropa Liqasının VII turunda keçiriləcək "Qarabağ" - FKSB matçından öncə Ağdam klubunun futbolçusu Elvin Cəfərquliyev oyun barədə fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, 24 yaşlı müdafiəçi daha sonra media nümayəndələrinin suallarını cavablandırıb:
"Bir qədər həyəcanlıyam. Bunun üçün üzrlü sayarsız. "Qarabağ"ın futbolçusu kimi ilk dəfədir mətbuat konfransına çıxıram. Sabahkı oyuna hazırlaşmışıq, rəqibi tanıyırıq. Məşqçilərimizdən təlimatlarımızı almışıq. Azarkeşlərimizin qarşısında oynayırıq. Onları sevindirmək istəyirik. Qələbə üçün çalışacağıq".
- Fasilədən sonra ilk avrokubok matçıdır. Özünü oyuna hazır hiss edirsən?
- Əlbəttə ki, hazır hiss edirəm. Hazırlığımız çox yaxşı keçib. Həm fiziki, həm də psixoloji cəhətdən özümü yaxşı hiss edirəm. Ümid edirəm ki, yaxşı oynayaram. Komandam üçün əlimdən gələni edəcəm.
- Hakimin güzəştə getməyən biri olduğu bildirilir. Bunu nəzərə almısan?
- Hiss edirdim ki, mənə bu sual veriləcək. Hər bir oyuna ciddi hazırlaşıram. Qırmızı vərəqə almağım çox istəkli olmağımdan və aqressivliyimdən irəli gəlir. Amma öz üzərimdə işləyirəm. Bəzi yerlərdə çox aqressiv olmağım komandaya baha başa gəlir. Bunu bilirəm. Məşqçimin də mənə təlimatları olur. Başa düşürəm, hazıram.
Mirbağırağa
saytlarin hazirlanmasi