"Qalatasaray"ın futbolçusu Yunus Akgün karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Borussiya" türk vingerlə maraqlanır. Bu barədə "L'Équipe" nəşri məlumat yayıb.
Dortmund təmsilçisi 24 yaşlı futbolçunu komandadan ayrılacağı gözlənilən Kərim Adeyeminin əvəzləyicisi kimi görür. Xəbərdə "Borussiya"nın Yunusu transfer etmək üçün ilkin təmaslara başladığı qeyd olunub.
Qeyd edək ki, Yunus Akgün "Qalatasaray"ın yetirməsidir. Türkiyə millisinin üzvü bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 28 rəsmi matçda 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi