İtaliyanın "Torino" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi "Leypziq"dən Elif Elması icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Şimali Makedoniya millisinin üzvü mövsümün ikinci yarısını icarə əsasında "Torino"da keçirəcək.
Qeyd edək ki, "Leypziq" Elif Elması ötən ilin yanvar ayında "Napoli"dən transfer edib. 25 yaşlı hücumameyilli yarımmüdafiəçi bu mövsüm Bundesliqa təmsilçisinin heyətində keçirdiyi 6 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi