Türkiyənin "Fənərbaxça" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi PSJ-dən Milan Şkrinyarı icarəyə götürüb. Bu barədə klubun mətbuatı xidməti məlumat yayıb.
Slovakiyalı mərkəz müdafiəçisi 2024/2025 mövsümünün ikinci yarısını "Fənərbaxça"da keçirəcək.
Qeyd edək ki, Milan Şkrinyar 2023-cü ilin yayında "İnter"lə müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə PSJ-yə keçib. Slovakiya millisinin üzvü olan 29 yaşlı futbolçu bu mövsüm Paris təmsilçisinin heyətində 5 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi