"Neftçi" Misli Premyer Liqasının 21-ci turunda qarşılaşacağı “Şamaxı” ilə matçın hazırlığını başa vurub.
Sportal.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb.
Rəhman Hacıyev, Rafael Quzzo və Dembo Darbo son 2 matçda olduğu kimi, bu görüşdə də zədə səbəbindən iştirak etməyəcəklər.
Qeyd edək ki, yanvarın 31-i “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Şamaxı” oyunu saat 18:30-da başlanacaq.
saytlarin hazirlanmasi