"Qalatasaray"ın yollarını ayırdığı Hakin Ziyeşin yeni komandası müəyyənləşib.
Sportal.az xəbər verir ki, mərakeşli vinger karyerasını Qətərdə davam etdirəcək.
Ziyeş "Əl-Duhail"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı ön xətt oyunçusu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, "Qalatasaray" Hakim Ziyeşi 2023-cü ilin yayında "Çelsi"dən transfer etmişdi. Mərakeş millisinin üzvü bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi