“Beşiktaş”ın futbolçusunu İspaniya klubu istəyir

11:34 - 30 Yanvar 2025

"Beşiktaş" və Türkiyə millisinin futbolçusu Semih Kılıçsoy legioner həyatı yaşamağa yaxındır.

Sportal.az Türkiyə mətbautına istinadən xəbər verir ki, 19 yaşlı forvarda ölkə xaricindən təkliflər çoxdur. Amma onun İspaniyaya yollanmaq ehtimalı daha yüksək qiymətləndirilir. “Vilyarreal” 19 yaşlı futbolçu üçün qarşı tərəfə müraciət edib.

Türkiyə klubu isə onu 15 milyon avroya satmağı planlaşdırır. 

Qeyd edək ki, Kılıçsoyun İstanbul təmsilçisi ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. 

Xəbər xətti