"Arsenal" "Mançester Siti"ni darmadağın etdi - VİDEO

23:51 - 2 Fevral 2025

İngiltərə Premyer Liqasında 24-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Arsenal" doğma meydanda "Mançester Siti"ni qəbul edib. Qarşılaşma London təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xallarını 50-yə yüksəldən "Arsenal" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 41 xalı olan "Mançester Siti" isə 4-cü yerdədir.

"Arsenal" - "Mançester Siti" 5:1
Qollar:
Martin Edeqor, 2, Tomas Parti, 56, Maylz Luis-Skelli, 62, Kay Haverts, 76, Ethan Nwaneri, 90+3 - Erlinq Haaland, 55

Xəbər xətti